Qərbi Azərbaycan Xronikası: Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi

Qərbi Azərbaycan Xronikası: Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Bala Məzrə kəndi haqqında xüsusi veriliş hazırlanıb.
Daxili siyasət
16 Dekabr , 2023 22:53
Qərbi Azərbaycan Xronikası: Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Bala Məzrə kəndi haqqında xüsusi veriliş hazırlanıb.

“Report” xəbər verir ki, verilişdə Bala Məzrə kəndinin etnoqrafiyası, atət-ənənələri, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb. Bildirilib ki, Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Məzrə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilib. Kəndin bir adı da “Qulu ağalı” olub. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı var. Toponim ərəb dilində “əkilmiş yer, sürülüb toxum səpilmiş tarla” mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşıb.

Qeyd olunub ki, kənddə 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1 200, 1908-ci ildə 1 658, 1914-cü ildə 1 731, 1916-cı ildə 1 375 nəfər azərbaycanlı yaşayıb.

Vurğulanıb ki, 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulub. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda biliblər.

1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912, 1987-ci ildə 2 000 nəfər azərbaycanlı yaşayıb.

1988-ci il noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulub. İndi ermənilər yaşayır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 16-da saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi