Qərbi Azərbaycan Xronikası: Dərələyəzdəki yəhudi məzarlığı Xəzər tayfalarına aiddir

Qərbi Azərbaycan Xronikası: Dərələyəzdəki yəhudi məzarlığı Xəzər tayfalarına aiddir Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Daxili siyasət
2 Noyabr , 2024 22:31
Qərbi Azərbaycan Xronikası: Dərələyəzdəki yəhudi məzarlığı Xəzər tayfalarına aiddir

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Zəngəzurdakı kilsələrin üzərində türk şəxs adları yazılıb” adlı buraxılışda artefakt araşdırmaçısı Sabit Qurbanov Zəngəzur və Dərələyəz mahallarında mövcud olan damğalardan söz açır.

Onun sözlərinbə görə, türk tayfalarının damğaları bütün Qafqaz boyunca yayılıb. Krımdan Türküstana qədər tapılan damğalar Xəzərlərə məxsusdur. Damğalar Oğuz boylarının simvollarıdır. Azərbaycan ərazisində damğalar türklərin Xəzər, Qıpçaq, Oğuz qollarına aiddir. Qobustandakı damğaların eynisi Qazaxıstanın Mangistau vilayətində də mövcuddur. Qobustandakı damğalar arasında Noqay işarələri də var.

S.Qurbanov sonda bildirib ki, Dərələyəz mahalında olan Səlim karvansarayı üzərində Salur damğasının yazılmasına, bu ərazidə olan yəhudi məzarlığının Xəzər tayfalarına aid olmasına və Zəngəzur mahalındakı kilsələrin üzərində türk şəxs adlarının yazılmasına aydınlıq gətirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması barədə dəlillərin, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 2-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi