Qazaxın azad olunan dörd kəndinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb - EKSKLÜZİV
Daxili siyasət
- 01 may, 2025
- 10:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.
Son xəbərlər
19:11
Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib
Daxili siyasət
19:09
Rusiyada əcnəbilərin ölkədən çıxarılmasına əsas verən hüquqpozuntuların sayı ikiqat artırılır
Region
19:07
Foto
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
Fərdi
19:06
Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq - Yenilənib
İnfrastruktur
18:49
Azərbaycan bölgələrində sertifikatlı toxum satışı təşkil ediləcək
ASK
18:45
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib
Digər ölkələr
18:30
Foto
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
Hadisə
18:24
Foto
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Fərdi
18:19
Foto
Azərbaycanlı atlet Ravin Alməmmədov dünya çempionatında çıxış edib
Fərdi