Əli Həsənov: "Bizim dediklərimiz beynəlxalq ictimai rəyi formalaşdıran "təşkilatlar" tərəfindən nəzərə alınmır"

Əli Həsənov: "Bizim dediklərimiz beynəlxalq ictimai rəyi formalaşdıran "təşkilatlar" tərəfindən nəzərə alınmır" "Azərbaycan xalqı belə demokratiyanın tərəfdarı deyil"
Daxili siyasət
5 İyun , 2015 12:10
Əli Həsənov: Bizim dediklərimiz beynəlxalq ictimai rəyi formalaşdıran təşkilatlar tərəfindən nəzərə alınmır

Bakı. 5 iyun. REPORT.AZ/ "Bizə demokratiya dərsi keçən Qərb dövlətlərində belə bir sayta rast gəlsəniz, onda mən Azərbaycanı söz azadılğının səviyyəsi ilə bağlı sonuncu yerlərdən birinə qoyan təşkilatlara Azərbaycanın ali orden, medalının verilməsi tövsiyyəsini irəli sürərdim". “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün KİV rəhbərləri ilə görüşündə deyib. 

Mətbuat Şurasının sədri Əflatun Amaşovun Azərbaycanda sosial mediada insanları təhqir edən saytların olması ilə bağlı fikirinə münasibət bildirərən Ə.Həsənov Qərbin bəzi dairələrinin yaydığı ideyaları sərt tənqid edib: "Əgər doğurdan da Qərbin təlqin etdiyi demokratiya budursa, biz Azərbaycan xalqı olaraq belə demokratiyanın tərəfdarı deyilik. Onlar özlərinə rəva görmədiklərini digər dövlətlərə, xalqlara rəva görürlər və onların dediyini həyata keçirməyənlərə qarşı da özlərinin "5-ci kalon" rolunu oynayan qeyri-hökumət təşkilatları vasitəsi ilə kampaniya aparırlar. Belə ikili standartlar haqqında danışırıq, amma çox təəssüflər olsun ki, bizim danışıqlarımız beynəlxalq ictimai rəyi formalaşdıran "təşkilatlar" tərəfindən nəzərə alınmır".

Son xəbərlər

Orphus sistemi