Prezident nazir müavinini vəzifədən azad edib - EKSKLÜZİV
Daxili siyasət
- 12 yanvar, 2024
- 13:44
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb.
Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.
O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.
Son xəbərlər
00:48
Hindistanda daşqınlar səbəbindən 16 mindən çox şəxs təxliyə edilib, 3 nəfər ölüb
Digər ölkələr00:16
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb
Digər ölkələr23:47
Kats: İsrail bütün fələstinliləri Qəzzadan çıxarmağa hazırdır
Digər ölkələr23:43
Gəmi qəzasından sonra Şimali Kiprin hökumət koalisiyası parçalanır – YENİLƏNİB
Region23:33
İstanbulda baş verən yanğında 42 nəfər zəhərlənib
Region23:21
Türkiyə ordusu Qara dənizdə şübhəli cisimləri məhv edib
Region22:55
Venesuela "Chevron" və "Eni" şirkətləri ilə neft sazişləri imzalayıb
Digər ölkələr22:44
Tramp ABŞ ordusunun yenidən İrana zərbələr endirməyə hazır olduğunu bildirib
Digər ölkələr22:38