Yuxarı

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Ziyarətdə Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, ölkə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev dekabrın 12-də Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Report" xəbər verir ki, ziyarətdə baş nazir Artur Rasi-zadə, Prezident Administrasiyasının rəhbəri Ramiz MehdiyevMilli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, ölkə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. 

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səslənib.

Dövlət başçısı İlham Əliyev və oğlu Heydər Əliyev ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi