Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 29 qurumdan ümumilikdə 267 beynəlxalq müşahidəçi qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 46 807 yerli müşahidəçi qeydiyyatdan keçib:
"Bu müşahidəçilərdən 5715 nəfəri MSK-da, 41 092 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib".
Qeydə alınan beynəlxalq müşahidəçilər aşağıdakılardır:
1. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu - 40 nəfər
2. ATƏT-in Parlament Assambleyası - 61 nəfər
3. MDB Parlamentlərarası Assambleyası - 36 nəfər
4. Müstəqil Dövlətlər Birliyi - 46 nəfər
5. Türkiyə Böyük Millət Məclisi - 14 nəfər
6. Mərakeş Nümayəndələr Palatası - 4 nəfər
7. Kamboca Milli Assambleyası - 3 nəfər
8. Pakistan Milli Assambleyası - 3 nəfər
9. Malayziya Parlamenti - 2 nəfər
10. Belarus Respublika Şurası - 2 nəfər
11. Rusiya Federal Məclisinin Federasiya Şurası - 2 nəfər
12. Belarus Nümayəndələr Palatası - 1 nəfər
13. Gürcüstan Parlamenti - 1 nəfər
14. Qazaxıstan Senatı - 1 nəfər
15. TURKPA - 17 nəfər
16. Beynəlxalq Parlamentarilər Konqresi - 4 nəfər
17. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi - 4 nəfər
18. GUAM Parlament Assambleyası - 3 nəfər
19. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası - 2 nəfər
20. İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı - 2 nəfər
21. Asiya Parlament Assambleyası - 1 nəfər
22. Türkiyə Yüksək Seçim Kurulu - 5 nəfər
23. Maldiv Mərkəzi Seçki Komissiyası - 3 nəfər
24. Bolqarıstan Mərkəzi Seçki Komissiyası - 2 nəfər
25. Filippin Mərkəzi Seçki Komissiyası - 2 nəfər
26. Gürcüstan Mərkəzi Seçki Komissiyası - 2 nəfər
27. Pakistan Mərkəzi Seçki Komissiyası - 2 nəfər
28. Qazaxıstan Mərkəzi Seçki Komissiyası - 1 nəfər
29. Monteneqro Mərkəzi Seçki Komissiyası - 1 nəfər.