Yuxarı

​Pakistan səfiri: "Bizim düşmənlərimiz Azərbaycan və Pakistanın inkişafını istəmir"

Diplomat sərhəddə və qoşunların təmas xəttində gərginliyin artmasını şərh edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Bizim düşmənlərimiz Azərbaycan və Pakistanın inkişaf etməsini istəmirlər".

Bunu "Report"a açıqlamasında Azərbaycanın qərb bölgəsinə səfərindən sonra Ermənistan-Azərbaycan sərhədində və  qoşunlarının təmas xəttindəki vəziyyəti şərh edən Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser bildirib.

O qeyd edib ki, səfər zamanı rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Tovuzdan seçilən millət vəkili Qənirə Paşayeva ona yüksəkliklərdə yerləşən Ermənistan mövqelərindən Azərbaycan vətəndaşlarının atəşə tutulması faktları barədə məlumat veriblər.

"Eyni vəziyyət Kəşmirdə də müşahidə olunur. Hindistan ordusu Pakistanın mövqelərini atəşə tutur və cavablarını da alırlar. Bizim düşmənlərimiz bizim inkişafımızı istəmir. Onlar turistlərin bura gəlməsini və investorların Azərbaycana sərmayə qoymasını istəmirlər. Bundan əlavə, Pakistan çoxmilyardlı Çin-Pakistan iqtisadi dəhlizini inşa edir və bizim düşmənlərimiz onun reallaşmasını da istəmirlər", - səfir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi