Azərbaycanda Yeni il şənliklərində karantin qaydalarına nəzarət gücləndiriləcək
Daxili siyasət
- 29 noyabr, 2021
- 15:04
Bu gün Azərbaycan Baş naziri, COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda pandemiya ilə bağlı hazırkı vəziyyət – yoluxmanın miqyası, xəstələrin müalicəsi, peyvəndlənmənin sürəti və miqyası, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlər müzakirə olunub.
Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
İclasda, habelə omikron ştamı və ona qarşı proflaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.
Son xəbərlər
06:45
Tramp Putinə müraciətindən sonra Ukraynaya qarşı hücumların dayandırıldığını bildirib
Digər ölkələr06:14
The Times: Britaniya SEPAH-ı qadağan olunmuş təşkilatlar siyahısına əlavə edəcək
Digər ölkələr05:51
Tramp Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiq edəcək
Digər ölkələr05:17
ABŞ Hindistanın "Pax Silica" texnologiya alyansına qoşulacağını gözləyir
Digər ölkələr04:42
ABŞ Senatının komitəsi Rusiyanın "kölgə donanması"na sanksiyaların tətbiqini dəstəkləyib
Digər ölkələr04:15
Rusiya XİN: Ermənistanın Aİ-yə üzv olmaq marağı narahatlıq doğurmaya bilməz
Region03:50
Türkiyədə restoranlarda servis haqqı qadağan edilib
Region03:17
"EU Today": Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında unikal mövqeyə malikdir
Xarici siyasət02:39