“Müasir dünyada insan, o cümlədən qadın hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bunlar dövlət siyasətinin əsas istiqamətlərindən birdir. Ombudsman təsisati müstəqil, insan hüquqlarını qoruyan bir institutdur”.
“Report”un xəbərinə görə, bunu Ombudsman Səbinə Əliyeva IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda paneldə deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycanın üzləşdiyi problemləri kortəbii qəbul etmişdi, hətta səssiz qalmışdı:
“İki il ərzində ərzində Azərbaycan Ombudsmanı olaraq işğaldan azad olunmuş torpaqlarımıza çoxsaylı faktaraşdırıcı missiyalar həyata keçirdərək, ölkəmizə qarşı törədilmiş ekoloji cinayətlər, bu ərazilərin minalarla kəskin şəkildə çirkləndirilməsi, tarixi, mədəni və dini irsimə qarşı vandalizm, eyni zamanda müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlər, xüsusilə də bunun nəticəsi olaraq uşaqların qətlə yetirilməsi haqqında geniş hesabatlar hazırlayaraq dünya ictimaiyyətinə ünvanlamışam. Hesab edirəm ki, beynəlxalq təsisatlar bunları ciddi şəkildə araşdırmalıdır və cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarmalıdır”.