Oğuzda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Daxili siyasət
  • 10 may, 2023
  • 10:14
Oğuzda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Oğuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid valideynləri, qazilər, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Mədəniyyət Mərkəzində Ümummilli Liderin yubiley tədbiri keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı E.Qurbanov H.Əliyevin həyatı, siyasi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.

Sonda Ulu Öndərin həyatını əks etdirən videoçarx nümayiş olunub.