Nuşirəvan Məhərrəmli: “Rusiyanın “NTV+” televiziyası Azərbaycanda qanunsuz yayımlanır”

Nuşirəvan Məhərrəmli: “Rusiyanın “NTV+” televiziyası Azərbaycanda qanunsuz yayımlanır” MTRŞ sədri: “Bununla bağlı məhkəmələrə və digər aidiyyatı orqanlara müraciət olunub”
Daxili siyasət
5 Aprel , 2017 14:57
Nuşirəvan Məhərrəmli: “Rusiyanın “NTV+” televiziyası Azərbaycanda qanunsuz yayımlanır”

Bakı. 5 aprel. REPORT.AZ/ “Rusiyanın “NTV+” televiziyası Azərbaycanda qanunsuz yayımlanır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, bununla bağlı məhkəmələrə və digər aidiyyatı orqanlara müraciət olunub: “Buna baxmayaraq, həmin kanal müxtəlif yollarla öz qanunsuz fəaliyyətini həyata keçirir”.

MTRŞ sədri qeyd edib ki, bəzi kabel şəbəkəsi yayımçıları da qanunsuz fəaliyyət göstərirlər: “Çox mərtəbəli binaların əksəriyyətində kabel yayımı ilə məşğul olurlar. Bizim də imkanımız yoxdur ki, onları bir-bir yoxlayaq. Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Baş Prokurorluğa və digər dövlət qurumlarına müraciət olunub”.

Son xəbərlər

Orphus sistemi