Nikah şəhadətnaməsində evlənən şəxslərin qohumluq əlaqələri qeyd olunacaq - QƏRAR

Nikah şəhadətnaməsində evlənən şəxslərin qohumluq əlaqələri qeyd olunacaq - QƏRAR Nazirlər Kabineti “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
Daxili siyasət
9037
24 İyun , 2020 10:40
Nikah şəhadətnaməsində evlənən şəxslərin qohumluq əlaqələri qeyd olunacaq - QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”na əlavələr edilib.

Belə ki, Ailə Məcəlləsinə uyğun olaraq Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşanan şəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq. 

Həmçinin həmin məlumatlar müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında da qeyd ediləcək.

Qohumluq əlaqəsi haqqında məlumat –
(babası və (və ya) nənəsi ümumi olanlar)
əmioğlu əmiqızı
dayıoğlu bibiqızı
bibioğlu dayıqızı
xalaoğlu xalaqızı
yoxdur yoxdur

Son xəbərlər

Orphus sistemi