Nəsimi-Binəqədi dairəsində seçki məntəqəsinin sədri: İndiyə qədər hər hansı neqativ hal qeydə alınmayıb

Nəsimi-Binəqədi dairəsində seçki məntəqəsinin sədri: İndiyə qədər hər hansı neqativ hal qeydə alınmayıb 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 6 saylı seçki məntəqəsində növbədənkənar parlament seçkisi ilə əlaqədar səsvermə prosesi üçün lazımi bütün şərait yaradılıb.
Daxili siyasət
1 Sentyabr , 2024 10:10
Nəsimi-Binəqədi dairəsində seçki məntəqəsinin sədri: İndiyə qədər hər hansı neqativ hal qeydə alınmayıb

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 6 saylı seçki məntəqəsində növbədənkənar parlament seçkisi ilə əlaqədar səsvermə prosesi üçün lazımi bütün şərait yaradılıb.

Bu barədə "Report"a açıqlamasında məntəqənin sədri Məryəm Novruzova məlumat verib.

O qeyd edib ki, məntəqədə seçici fəallığı aktivdir: "Səsvermə üçün hər bir şərait yaradılıb və proses uğurla davam edir".

Məntəqə üzrə 1 299 seçicinin olduğunu xatırladan M.Novruzova bildirib ki, onlardan 8 nəfəri ilk dəfə səs verəcək şəxslərdir: "Səsvermə başlayandan indiyə qədər 150-ə yaxın seçici səs verib".

Məntəqə sədri əlavə edib ki, indiyə qədər hər hansı neqativ hal qeydə alınmayıb.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Son xəbərlər

Orphus sistemi