Naxçıvanın iqtisadiyyat naziri Türkiyənin Baş konsulu ilə görüşüb

Naxçıvanın iqtisadiyyat naziri Türkiyənin Baş konsulu ilə görüşüb Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb.
Daxili siyasət
30 Yanvar , 2023 14:26
Naxçıvanın iqtisadiyyat naziri Türkiyənin Baş konsulu ilə görüşüb

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, T.Əliyev yeni təyinatı münasibətilə Asip Kayanı təbrik edib.

Naxçıvanda fəaliyyətindən məmnunluğunu ifadə edən diplomat Türkiyənin Naxçıvandakı Baş Konsulu olmasından qürur duyduğunu ifadə edib.

Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın gücləndirilməsi, mövcud ticarət dövriyyəsinin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparıb.

Son xəbərlər

Orphus sistemi