Naxçıvanda ilk dəfə “GreenFest” keçirilib

Naxçıvanda ilk dəfə “GreenFest” keçirilib Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest”in açılışı olub.
Daxili siyasət
26 Oktyabr , 2024 14:36
Naxçıvanda ilk dəfə “GreenFest” keçirilib

Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest”in açılışı olub.

"Report"un yerli bürosu xəbər verir ki, festivalda dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli “GreenFest”in COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirildiyini qeyd edib.

COP29-un Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətinə toxunan Samir Seyidəhmədli bildirib ki, eyni zamanda bu tədbir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə verdiyi dəstəyi bir daha göstərir və ölkənin ekoloji problemlərin həllinə sadiqliyini nümayiş etdirir: "Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin və Naxçıvanın yaşıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə, bütövlükdə, iqlim dəyişikliyi sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi yüksək dəyərləndirilməlidir".

“GreenFest” çərçivəsində keçirilən ekoloji startap layihələrinin qalibləri mükafatlandırılıb, sərgi ilə tanışlıq olub.

Məlumat verilib ki, sərgi ətraf mühitin mühafizəsinə həsr olunub və müasir ekoloji problemlərin elm, texnologiya, startap təqdimatları və müxtəlif stendlər vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi