Bakı. 4 may. REPORT.AZ/ “Azərbaycanın haqlı mövqeyini müdafiə edən, ölkəmizin haqq səsini dünyaya çatdıran şəxsin və ya şəxslərin hücuma, şər kampaniyasına məruz qalması halı ilk dəfə deyil”.
Təşkilat sədri bildirib ki, şəbəkənin tərkibi və istifadə etdiyi metodlar uzun illər qapalı qalsa da, indi aşkara çıxıb, ifşa və isbat olunub: “İnternetin inkişafı şərait yaradıb ki, ayrı-ayrı şəxslər və təşkilatlar adından verilən bəyanatlar, çıxışlar, hesabatlar toplanılsın, müqayisə olunsun və nəticə çıxarılsın. Uzun illər ya texniki imkansızlıqdan, ya da digər səbəblərdən Azərbaycan tərəfdən bu məsələlərə lazımi reaksiya verilməyib. Belə yanaşma erməni yandaşlarını həvəsləndirib. Amma indi durum dəyişib. Artıq ermənilərin və onların yandaşlarının bütün əməllərinə layiqli cavab verilir, baş verənlərin mahiyyəti ictimaiyyətə düzgün çatdırılır. Erməni lobbisini və yandaşlarını qıcıqlandıran da budur. Azər Həsrətin “əl-Cəzirə”də yayımladığı yazıya verilən reaksiylar da prosesin tərkib hissəsidir. Diqqət yetirsəz, Azər Həsrət yazısında kimsəni təhqir etməyib, sadəcə Azərbaycanın qazandığı uğurlardan bir qismini sadalayıb və bu uğurları kölgəyə almaq istəyənlərə sual edib ki, belə davranmaqda məqsədiniz nədir?"
M.Ələsgərli vurğulayıb ki, Azər Həsrətin məqaləsinə və məqalədə qaldırılan suallara verilən reaksiyalar, şərhlər isə tamamilə fərqli ruhdadır: “Diqqət yetirsəz görərsiz ki, nə Xədicə, nə də ona dəstək verən ermənilər Azər Həsrətin qaldırdığı suallara toxunmurlar. Onu gah “hakimiyyətə işləməkdə”, gah “beynəlxalq təşkilatları aldatmaqda”, gah da digər məsələlərdə ittiham edirlər. Maraq doğurur, onlar Azərin suallarına niyə cavab vermək istəmirlər. Təbii ki, cavabları yoxdur. Ona görə də köhnə taktikadan istifadə edirlər, yalnız şər atmağa, təhqir etməyə, adamı gözdən salmağa çalışırlar. Yəqin ənənələrinə sadiq qalıb "danoslar" hazırlayacalar, beynəlxalq təşkilatlara da göndərəcəklər. Amma unudurlar ki, artıq bu taktikanın dövrü keçib. Azərbaycan güclü mövqeyi olan, öz haqqını müdafiə etməyi bacaran bir ölkəyə çevrilib. Azərbaycanın güclü hakimiyyəti, milli vətəndaş cəmiyyəti institutları, təəssübkeş əhalisi var. Xırda maxinasiyalarla, köhnə metodlardan istifadə etməklə, Azərbaycanı sarsıtmaq mümkün deyil”.