Yuxarı

MTN-in bir qrup əməkdaşı təltif edilib - SİYAHI

Prezident İlham Əliyev sərəncamlar imzalayıb

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən, Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Vəli Məmiş oğlu Ələsgərova

general-mayor Elçin Ərsalan oğlu Əliyevə

general-mayor Fərhad Hüseyn oğlu Vahabova

general-mayor ali hərbi rütbəsi

polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə.

Dövlət başçısı həmçinin Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Çovdarov Akif Teymurxan oğlu - general-mayor

Mahmudzadə Elşad Bilal oğlu - polkovnik

"Vətən uğrunda" medalı ilə

Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant

Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki

Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant

İbayev Zabil Nəsir oğlu - mayor

Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru

Sadıqov Mahir İbrahim oğlu - polkovnik

Sultanov Şahin Sultan oğlu - general-mayor

"İgidliyə görə" medalı ilə

Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş

Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant

Mövsümov Azər Adil oğlu - kapitan

"Hərbi xidmətlərə görə" medalı ilə

Abbasov Mövlud Həsənqulu oğlu - mayor

Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan

Cabbarov Turac Vaqif oğlu - kapitan

İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik

Quliyev Bəhruz Yusif oğlu - kapitan

Rzayev Tural Məmməd oğlu - kapitan

Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant.

Bundan əlavə, Prezident İlham Əliyev İqor Leonidoviç Kərimova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə İqor Leonidoviç Kərimova “Əməkdar mühəndis” fəxri adı verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi