Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2 Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.
Daxili siyasət
8 May , 2024 15:56
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB-2

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbad Musarza oğlu Musayevlə Lənkəran rayonunun Şağlasər kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi Şağlasər kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:49

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbad Musarza oğlu Musayevlə Lənkəran rayonunun Şağlasər kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Şağlasər kənd qəbiristanlığına aparılır.

15:28

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Şağlasər kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İbad Musarza oğlu Musayev 1974-cü il martın 8-də anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

İ.Musayev Şağlasər kənd qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi