MSK sədri: “Seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılıb”

MSK sədri: “Seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılıb” “Sabah xoşagəlməz hal baş verməyəcək”
Daxili siyasət
10 Aprel , 2018 16:31
MSK sədri: “Seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılıb”
MSK sədri Məzahir Pənahov / Report

Bakı. 10 aprel. REPORT.AZ/ “Seçkilərin şəffaf keçirilməsi üçün bütün addımlar atılıb”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, müşahidəçilərin səsverməni izləmələri üçün bütün şərait yaradılıb.

MSK sədri qeyd edib ki, səsvermə günü təhlükəsizlik təmin olunmalıdır, bunun üçün polis orqanları məsuliyyət daşıyırlar: “Mərkəzi Seçki Komssiyası polis orqanları ilə seminar-müşavirə keçirib, səsvermə günü atılacaq addımlar müzakirə edilib. Hesab edirəm ki, sabah xoşagəlməz hal baş verməyəcək”.

Son xəbərlər

Orphus sistemi