Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, ancaq seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.
"Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər", - M.Pənahov əlavə edib.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.