​MNTK sədri: "Müsavatın Binəqədi rayon təşkilatının Şura iclasını təşkil edənlər cəzalanacaq"

​MNTK sədri: "Müsavatın Binəqədi rayon təşkilatının Şura iclasını təşkil edənlər cəzalanacaq" "Vurğun Əyyubla bağlı məsələyə yenidən baxılması üçün özəyə göndəriləcək"
Daxili siyasət
5 İyun , 2015 11:20
​MNTK sədri: Müsavatın Binəqədi rayon təşkilatının Şura iclasını təşkil edənlər cəzalanacaq

Bakı. 5 iyun. REPORT.AZ/ Binəqədi rayon təşkilatının (RT) Nəzarət-Təftiş Komissiyası (NTK) RT Şurasının Vurğun Əyyubla bağlı çıxardığı qərarı qüvvədə saxlayıb.

Bu barədə "Report"a Binəqədi RT sədrinin müavini Şamil Beydulla məlumat verib.

O bildirib ki, NTK-nın qərarı təşkilatın 8-ci mikrorayon özəyinə göndərilib.

Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova isə "Report"a deyib ki, Vurğun Əyyubla bağlı məsələyə Binəqədi rayon təşkilatının növbəti Şura iclasında baxılacaq: "İclasda müəyyən olunsa ki, təşkilatın 8-ci mikrorayon özəyinin iclası yetərsay olmadan keçirilib, o zaman Vurğun Əyyubla bağlı məsələyə yenidən baxılması üçün özəyə göndəriləcək" .

O qeyd edib ki, təşkilatının Nəzərət-Təftiş Komissiyasının (NTK) bu məsələyə baxmağa ixtiyarı yoxdur: "Yalan məlumat yayırlar. NTK-ya şikayət göndəriləndə baxıla bilər. Belə qərarları varsa, təqdim etsinlər".

S.Hüseynova, həmçinin qeyd edib ki, Binəqədi rayon təşkilatının 19 may tarixli Şura iclası qanunsuz keçirilib: "Ona görə də yəqin ki, qərarları ləğv ediləcək və toplantını təşkil edənlər cəzalanacaq".

Xatırladaq ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin mayın 3-də keçirilən toplantısında Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərar qəbul edilib. Mayın 19-da isə Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı qərarına baxılıb və qərar ləğv olunub. Müsavat Partiyasının rəhbərliyi isə bu addımın Nizamnaməyə zidd olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi