MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə yeni cərimələr son oxunuşda təsdiqlənib

MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə yeni cərimələr son oxunuşda təsdiqlənib Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə yeni cərimələr müəyyənləşir.
Daxili siyasət
31 may 2024 08:47
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə yeni cərimələr son oxunuşda təsdiqlənib

Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə yeni cərimələr müəyyənləşir.

“Report” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə olunacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi