Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb İclasın gündəliyinə 8 məsələ daxildir
Daxili siyasət
10 Mart , 2017 12:02
Milli Məclisin növbəti plenar iclası başlayıb
Report.az

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, iclas spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilir.

İclasın gündəliyinə 8 məsələ daxildir. Bunlar "Məktəbəqədər təhsil haqqında" (ikinci oxunuşda) qanun layihəsi, eyni zamanda "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd Qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında", "Reklam haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik layihələridir.

Son xəbərlər

Orphus sistemi