Yuxarı
    Bağlamaq

    Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması üçün müraciət edib

    Müraciəti 100-ə yaxın deputat imzalayıb

    Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) bir qrup deputatı parlamentin növbədənkənar sessiyasının çağırılması üçün MM rəhbərliyinə müraciət edib.

    "Report"un əldə etdiyi məlumata görə, müraciəti 100-ə yaxın deputat imzalayıb.

    Növbədənkənar sessiyasının çağırılmasında məqsəd yarımçıq qalmış bir sıra qanun layihələrini müzakirə etməkdir.

    Qeyd edək ki, yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.

    Xatırladaq ki, MM-in növbədənkənar sessiyası Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi