Milli Məclisdə pensiya islahatları ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix açıqlanıb

Milli Məclisdə pensiya islahatları ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix açıqlanıb Komitə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edəcək
Daxili siyasət
26 Yanvar , 2017 16:31
Milli Məclisdə pensiya islahatları ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılacağı tarix açıqlanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Milli Məclisə Azərbaycan Prezidentinin imzası ilə pensiya islahatları ilə bağlı qanun layihəsi daxil olub".

"Report"un məlumatına görə, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin ilk müzakirəsi komitənin fevralın 3-də keçiriləcək iclasında baş tutacaq: "Lakin ilk olaraq yanvarın 31-də bununla bağlı İşçi Qrupunun genişləndirilmiş tərkibdə iclası olacaq. Fevralın 3-də keçiriləcək komitə iclasında həm də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edəcək. Fevralın 14-də isə qanun layihəsinin plenar iclasa çıxarılması planlaşdırılır".

H.Rəcəbli deyib ki, komitə yaz sessiyasında iki layihənin müzakirəsini nəzərdə tutub: "Bunlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" və "Turizm haqqında" qanun layihəsidir. İkinci qanun layihəsini mart ayında plenar iclasa çıxarılması nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi