Mikayıl Cabbarova xüsusi rütbə verilib

Daxili siyasət
  • 09 fevral, 2019
  • 12:16
Mikayıl Cabbarova xüsusi rütbə verilib

Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Eyni zamanda Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru Xəqani Qara oğlu İsgəndərova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib.