Məzahir Pənahov: "Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradılır"

Məzahir Pənahov: "Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradılır" Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradıldığını bildirib.
Daxili siyasət
8 yanvar 2024 07:15
Məzahir Pənahov: Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradılır

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradıldığını bildirib.

"Report"un məlumatına görə, o, jurnalistlərə açıqlamasında növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ümumi maarifləndirmə proqramına əsasən Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə seçki mübahisələrinin həlli üzrə seminara başladıqlarını da söyləyib:

"Qanuna uyğun olaraq, seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır. Bütün seçki iştirakçıları - prezidentliyə namizədliyi qeydə alınmış şəxslər və onların səlahiyyətli nümayəndələri həmin hüquqlardan yararlana bilərlər".

Xatırladaq ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək MSK üç nəfərin - İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliklərini qeydə alıb.

Orphus sistemi