Məzahir Pənahov: "Heç kim seçicini istəmədiyi bir şeyi görməyə məcbur edə bilməz"

Məzahir Pənahov: "Heç kim seçicini istəmədiyi bir şeyi görməyə məcbur edə bilməz" Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov heç kimin seçicini istəmədiyi bir şeyi görməyə məcbur edə bilməyəcəyini bildirib.
Daxili siyasət
6 Fevral , 2024 14:31
Məzahir Pənahov: Heç kim seçicini istəmədiyi bir şeyi görməyə məcbur edə bilməz

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov heç kimin seçicini istəmədiyi bir şeyi görməyə məcbur edə bilməyəcəyini bildirib.

“Report”un xəbərinə görə, o, bu gün keçirilən mətbuat konfransında deyib ki, komissiyalar yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hərəkət etməlidir:

"Həmçinin məntəqədəki hər kəs seçicinin istəklərinə hörmətlə yanaşmalıdır. Heç kim seçicini istəmədiyi bir şeyi görməyə məcbur edə bilməz. Hər kəsdən bu tələblərə diqqət yetirməsini xahiş edirəm. Kiminsə səhvi ucbatından vətəndaşın konstitusion hüququndan məhrum olmasına imkan verə bilmərik".

M.Pənahov deyib ki, səsvermə prosesi son seçici səsvermə hüququndan istifadə etdikdən sonra bitir: "Heç kim məntəqə içərisindəki seçicini tələsdirmək hüququna malik deyil. Səsvermə günü məntəqələrə gələ bilməyən seçicilərin siyahısı təmin olunub. Onlara səs verməsi üçün xüsusi müşayiətlə şərait yaradılacaq. Müşahidəçilər də bu prosesi müşahidə edəcək. Evdə səs verən seçiciyə heç kim təzyiq göstərə, seçimini soruşa bilməz".

Son xəbərlər

Orphus sistemi