Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası I Avropa Oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciət edib.
Şuradan "Report"a daxil olan müraciətdə deyilir ki, sabah Azərbaycan öz şanlı tarixinin yeni ilkinə imza atacaq: "Bakıda I Avropa Oyunları start götürəcək. Sizləri bu münasibətlə təbrik edir, hər birinizə Oyunların işıqlandırılmasında uğurlar arzulayırıq.
I Avropa Oyunları xalqımız və dövlətimiz üçün son dərəcə mühüm hadisə, qürurverici olaydır. Belə anları bölüşmək təkcə sevincimizin ifadəsi deyil, eyni zamanda, mühüm vətəndaşlıq missiyamızdır. Bu missiyanın zəruriliyini şərtləndirən amillər sırasında bizim işimizə peşəkar kimi yanaşmaq məsuliyyətimizlə yanaşı, həm də vətənpərvərliyimiz dayanır. Çünki I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı başladılan xoşagəlməz kampaniya ümumən ölkəmizə qarşı total informasiya müharibəsi xarakteri daşımaqdadır. Mərkəzi ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) dünyada yerləşən jurnalist qurumlarına və insan hüquqları təşkilatlarına ünvanladığı müraciət də fikrimizi qətiləşdirməyə əsas verir. Müraciət I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı "Twitter" kampaniyasına qoşulmağa çağırış mahiyyəti daşımaqdadır".
Müraciətdə bildirilib ki, kampaniyanın iyunun 12-də saat 15.00-da Oyunların rəsmi "Twitter" səhifəsində, #Baku2015 Hashtag-da aparılması nəzərdə tutulur: "İnanırıq ki, Azərbaycan jurnalistləri həmin Hashtag-da ölkəmizlə bağlı əsl həqiqətlərin yayılmasında fəallıq göstərəcək, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) "məqsədinin" reallaşmasına yol verməyəcəklər".
Müraciətdə deyilir ki, I Avropa Oyunları ilə bağlı bu sayaq xoşagəlməz kampaniyalar indiyədək də aparılıb. Qeyd olunub ki, belə halların davamlı xarakter daşıyacağı da istisna deyil: "Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi kimi qurumların əsl niyyətindən xəbərsiz olan dünya