Məntəqə sədri: Naxçıvanda erkən saatlardan seçici aktivliyi müşahidə olunur

Məntəqə sədri: Naxçıvanda erkən saatlardan seçici aktivliyi müşahidə olunur Naxçıvanda erkən saatlardan etibarən, məntəqədə seçici aktivliyi müşahidə olunur.
Daxili siyasət
29 Yanvar , 2025 10:19
Məntəqə sədri: Naxçıvanda erkən saatlardan seçici aktivliyi müşahidə olunur
Pərvin Quliyev

Naxçıvanda erkən saatlardan etibarən, məntəqədə seçici aktivliyi müşahidə olunur.

Bunu "Report"un yerli bürosuna açıqlamasında 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 10 saylı seçki məntəqəsinin sədri Pərvin Quliyev deyib.

Onun sözlərinə görə, səsvermə seçici fəallığı şəraitində davam edir:

“Məntəqə üzrə 872 seçici qeydiyyatdadır. Onlardan altı nəfəri ilk dəfə səs verəcək. Dairə üzrə ümumilikdə 32 namizəd 17 yer uğrunda mübarizə aparır”.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Son xəbərlər

Orphus sistemi