Mehriban Əliyeva Azərbaycan paralimpiyaçılarını təbrik edib

Mehriban Əliyeva Azərbaycan paralimpiyaçılarını təbrik edib Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı rəsmi hesabında paylaşım edib.
Daxili siyasət
28 Avqust , 2021 15:32
Mehriban Əliyeva Azərbaycan paralimpiyaçılarını təbrik edib
Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançıları təbrik edib.

"Report" xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı "İnstagram" hesabında paylaşımında deyilir:

"Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram".

Son xəbərlər

Orphus sistemi