Mədət Quliyev: “Azərbaycan təhlükəsiz, sabit ölkədir”

Mədət Quliyev: “Azərbaycan təhlükəsiz, sabit ölkədir” “Bu, Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir”
Daxili siyasət
3 Mart , 2017 13:22
Mədət Quliyev: “Azərbaycan təhlükəsiz, sabit ölkədir”

Bakı. 3 mart.REPORT.AZ/ “Terrorçuluqla mübarizə orta məktəblərdən, ailədə başlanmalıdır. Gəncələrə bu problemlər aşılanmalıdır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, hər kəs bu istiqamətdə mübarizə aparmalıdır: “Azərbaycan təhlükəsiz, sabit ölkədir. Bu, Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Bir daha qeyd edirəm, terrorla mübarizə ailədən, məktəbdən başlamalıdır”.

Son xəbərlər

Orphus sistemi