Lənkəran. 26 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunun 111 yaşlı sakini səsvermə hüququndan istifadə edib. "Report"un Cənub bürosunun məlumatına görə, rayonun Boladi kənd sakini Şabikə Fərhad qızı Axundova 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının 28 saylı məntəqəsində qeydiyyatdadır.
Ş.Axundovanın səsvermədə iştirakını təmin etmək məqsədilə məntəqədən daşınan qutu onun yaşadığı ünvana gətirilib. Bütün səsvermələrdə iştirak etdiyini deyən Ş.Axundova Konstitusiyaya ediləcək dəyişikliklərin xalqımıza xeyirli olmasından ötrü dualar edib.
Lənkəranın 111 yaşlı sakini səsvermədə iştirak edib - FOTO
Daxili siyasət
26 Sentyabr , 2016
13:32
https://static.report.az/photo/0492b2ff-ae14-4a7e-87f0-b4b22447fe72.jpg
İngilis versiyası
Foto111 year-old resident of Lankaran region casts ballot - PHOTO