Lənkəranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub.
“Report”un Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının şəxsi heyəti, hərbi qulluqçular, idarə və müəssisələrin kollektivi, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və geniş ictimaiyyətin nümayəndələri şəhərin Heydər Əliyev xatirə parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər güllər düzüb, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı fotosərgiyə baxış keçirilib, Heydər Əliyev muzeyi ziyarət olunub və Ümummilli Liderin büstü önünə gül dəstələri düzülüb.
Gün ərzində Ulu Öndərin abidəsinin ziyarəti davam etdirilir.