Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailə köçürüləcək
Daxili siyasət
- 21 avqust, 2025
- 17:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün təməlqoyma mərasimi keçirilən Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailənin köçürülməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verərkən bildirib.
Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı inşa ediləcək.
Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır.
Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.
Son xəbərlər
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur