Yuxarı
    Bağlamaq

    Mədət Quliyev: "IV İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb"

    DTX bu kimi halların qarşısını almaq üçün bir il əvvəldən başlayaraq müvafiq tədbirlər keçirməyə başlayıb

    Bakı. 27 may. REPORT.AZ/ "IV İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb".

    "Report"un məlumaına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

    Onun sözlərinə görə, DTX bu kimi halların qarşısını almaq üçün bir il əvvəldən başlayaraq müvafiq tədbirlər keçirməyə başlayıb: "Digər dövlətlərin xüsusi xidmət orqanları ilə bir yerdə, qarşılıqlı işləyirdik".

    M.Quliyev bildirib ki, İslamiadada fantastik uğurlar qeydə alınıb: "Medalların sayını gördünüz. Dünyanın heç bir yerində gənclərlə belə siyasət aparılmır, gənclərə bu cür diqqət yetirilmir. Təbii ki, bu uğurlar aparılan siyasətin məntiqi, davamlı nəticəsidir. Azərbaycanın birinci yerə çıxmağı təbii və məntiqlidir. Çünki Azərbaycanda idmana, gənclərə, tərəqqiyə böyük diqqət var. Bu baxımdan belə də olmalıydı". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi