İlham Əliyev: “2020-ci ilin noyabrında antiterror tədbirləri planlaşdırılmırdı”

İlham Əliyev: “2020-ci ilin noyabrında antiterror tədbirləri planlaşdırılmırdı” “Əslində, münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi”.
Daxili siyasət
7 Dekabr , 2023 06:29
İlham Əliyev: “2020-ci ilin noyabrında antiterror tədbirləri planlaşdırılmırdı”

“Əslində, münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi”.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda danışıb.

Dövlət başçısı həmçinin deyib: “Aydın idi ki, həmin dövrdəki coğrafi şəraitdə Ermənistan tərəfindən belə tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı yoxdur. İki şans var idi - ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq. Deməli, mən bunu o zaman aydın şəkildə başa düşürdüm.

Tələsməməyimizin səbəblərindən biri də o idi ki, mən aydın şəkildə başa düşürdüm, beş ildən sonra istədiyimizə nail olacağıq. Beləliklə, 2020-ci ilin noyabrında bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmırdı. Bunu çox açıq şəkildə deyə bilərəm. Beləliklə, müharibə sülhə təkan verən vasitə kimi - bunu mümkünlüyün bariz sübutu hesab edirəm”.

Son xəbərlər

Orphus sistemi