İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) direktor müavini Salma Koveyra Azərbaycanda seçki prosesində heç bir problemin şahidi olmadıqlarını bildirib.
"Report"un məlumatına görə, o, seçkilərin çox demokratik şəkildə həyata keçirildiyini və böyük ruh yüksəkliyi müşahidə etdiklərini söyləyib.
S.Koveyra deyib ki, bu seçkilər ölkənin inkişafına töhfə verəcək: "Bu əməkdaşlığı daha da genişləndirməklə ölkələrimiz regiondakı sülh və əmin-amanlığa böyük töhfə verə və aparıcı rol oynaya bilərlər. Azərbaycan rəhbərliyinə və Milli Məclisinə müşahidəçilik üçün dəvət göndərdiyinə görə təşəkkür edirəm".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.