"Əksəriyyət üçün vaxtilə xəyal kimi görünən Xankəndidə hərbi paradın şahidi olacağıq".
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, deputat Ramil Həsən deyib.
Onun sözlərinə görə, Vətən müharibəsi qayıdış konsepsiyasının doğulmasına və torpaqlara geri qayıdışla bağlı bitmiş ümidlərin yenidən alovlanmasına səbəb oldu: "Vətən müharibəsi və sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ilk dəfə olaraq bütün türk dünyası boz əraziləri olmayan suveren Azərbaycanın Zəfər Gününü qeyd etməsinin şahidi olacaq. Əminəm ki, ən yaxın gələcəkdə Qarabağa qayıdan soydaşlarımız kimi, biz də Qərbi Azərbaycanın bütün torpaqlarına qayıdacağıq və orada böyük tədbirlərdə iştirak edəcəyik".