Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib
Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edibAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım edib.
“Report” xəbər verir ki, Hikmət Hacıyev tviterdə qeyd edib:
“Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış/öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.
Mass grave of tortured/killed Azerbaijani militaries by during the 1st war identified in Edilli village. Edilli was used as concentration camp for Azerbaijani hostages by Armenia. 4000 Azerbaijani militaries/civilians remain missing. refuses to provide mass grave locations. pic.twitter.com/5FkgdaADBI