Həyat yoldaşını işləməyə qoymayan kişinin maaşının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər 

Həyat yoldaşını işləməyə qoymayan kişinin maaşının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər  Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissənin qadının pensiya fonduna yığılması məsələsi qanuniləşdirilə bilər.
Daxili siyasət
27 fevral 2025 12:46
Həyat yoldaşını işləməyə qoymayan kişinin maaşının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər 

Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Bərabərlikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həsr edilmiş panel sessiyasında deyib.

Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:

“Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”.

Orphus sistemi