Gəncədə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub

Gəncədə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub Qafqaz İslam Ordusunun Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsi əbədiləşdirilməsi üçün təməl qoyma mərasimi keçirilib.
Daxili siyasət
12 May , 2022 17:34
Gəncədə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub

Qafqaz İslam Ordusunun Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsi əbədiləşdirilməsi üçün təməl qoyma mərasimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Şah Abbas Məscidinin yaxınlığında Qafqaz İslam Ordusunun 11 iyun 1918-ci il tarixində Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün ucaldılacaq abidənin təməlqoyma mərasimi olub.

Mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Abidənin açılış mərasimi isə 11 iyun - Qafqaz İslam Ordusunun Gəncədə verdiyi ilk şəhidlərin anım günündə olması nəzərdə tutulub.

Qeyd edək ki, Qafqaz İslam Ordusu (QİO), 31 mart 1918-ci ildə Bakı şəhərində törədilən soyqırımdan sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı İmperiyası tərəfindən təşkil edilib. Nuru Paşanın rəhbərlik etdiyi Ordu 12-14 min Osmanlı əsgərindən, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından könüllülərin qatılmasından sonra isə 20 mindən artıq döyüşçüdən ibarət olub. Ordu 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi