Yuxarı
    Bağlamaq

    Gəncədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO

    Şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri qoyulub və onların ruhuna dualar oxunub

    Gəncə. 20 yanvar. REPORT.AZ/ Gəncə şəhərində 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

    "Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

    İcra başçısı E.Vəliyev anım mərasimində çıxış edərək 27 il bundan öncə törədilən 20 Yanvar hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib.

    O qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi: "Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda Azərbaycan tarixində bir qəhrəmanlıq səhifəsidir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır".

    Mərasimdə çıxış edənlər yanvarın 19-dan 20-ə keçən gecə baş verən hadisəri ürək ağrısı ilə xatırlayıblar. Vətən uğrunda canını qurban verən şəhidlər ilə fəxr etdiklərini bildiriblər. Həmçinin dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan minnətdarlıqla danışıblar.

    Daha sonra Gəncə Dövlət Dram Teatrında "Qan Yaddaşı" adlı tamaşa təqdim olunub.

    Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, önünə gül dəstələri qoyulub və onların ruhuna dualar oxunub.  

    Şəhidlərin xatirəsi yad olunduqdan sonra avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi