Yuxarı

Fərman Allahverdiyevə “Əməkdar həkim”, Sərdar Eyvazova “Əməkdar müəllim” fəxri adı verilib

Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb

Bakı. 16 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə Fərman Bəhman oğlu Allahverdiyevə Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin təhsil sahəsinin inkişafındakı xidmətlərinə görə Sərdar Sübhan oğlu Eyvazova Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adı verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi