Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov dəfn olunub.
"Report"un yerli bürosu xəbər verir ki, onun cənazəsi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DİN-nin əməkdaşı Həzi Aslanov mərhumun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağını onun dayısı Qüdrət Həsənova təqdim edib.
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinovla Sumqayıtda vida mərasimi keçirilir.
“Report”un yerli bürosu məlumat verir ki, vida mərasimi mərhumun yaşadığı evdə - Sumqayıt şəhər 18-ci mikrorayonda keçirilir.
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edir.