Erkin Qədirli: "Onların gördüyü iş düzgün deyil"

Erkin Qədirli: "Onların gördüyü iş düzgün deyil" “Pikapların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub, orası doğru (başqa ölkələrdə də var). Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər”.
Daxili siyasət
23 Sentyabr , 2020 09:48
Erkin Qədirli: Onların gördüyü iş düzgün deyil
Erkin Qədirli

Pikapların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub, orası doğru (başqa ölkələrdə də var). Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli “Facebook” səhifəsində yazıb.

“Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontektsdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). Pikap və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Dövlət üçün də rahat olar, mülkiyyətçilər üçün də”, - ReAl-çı deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi