Ərdoğan CHP liderindən aldığı təzminatı hərbi fonda bağışlayıb

Ərdoğan CHP liderindən aldığı təzminatı hərbi fonda bağışlayıb Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) liderindən aldığı təzminatı orduya hərbi fonda (Mehmetçik Vəqfi) bağışlayıb.
Daxili siyasət
4 yanvar 2024 13:09
Ərdoğan CHP liderindən aldığı təzminatı hərbi fonda bağışlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəldən aldığı təzminatı hərbi fonda (Mehmetçik Vəqfi) bağışlayıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın "X" hesabında paylaşım edib.

O bildirib ki, Prezidentin şəxsi hüquqlarının pozulmasına görə CHP sədrindən alınan 65 min lirəlik mənəvi təzminat əsas və əlavə debitor borclarla birlikdə Ərdoğanın icazəsi ilə Mehmetçik Vəqfinə bağışlanıb.

Son xəbərlər

Orphus sistemi