Yuxarı

Əli Həsənov: “Azərbaycan demokratik, dünyəvi dövlətdir”

“Azərbaycan hökuməti vətəndaşların bərabər hüquqlarını tanıyır”

Bakı. 27 aprel. REPORT.AZ/ “Azərbaycan demokratik, dünyəvi dövlətdir. Azərbaycan hökuməti vətəndaşların bərabər hüquqlarını tanıyır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda panel iclasında deyib.

“Azərbaycanda islam, xristian, yəhudi dini icmaları fəaliyyət göstərir. Onlara dövlət səviyyəsində diqqət göstərilir. Hökumət bu icmalar üçün məbədlər tikir. Beynəlxalq aləmdə nadir hal olsa da, bu, ölkəmizin reallığıdır”, - Ə.Həsənov vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi