Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb.
"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndinə “azad edilən” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə edilib.
Dəyişikliklə nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və üç müavini vardır. Nazir müavinləri, nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Bununla da nazir müavinlərinin sayı 4-ə çatdırılıb.
Qeyd edək ki, ekologiya və təbii sərvətlər nazirinin üç müavini var idi. Onlar Rauf Hacıyev, Vüqar Kərimov və Umayra Tağıyevadır.